Yardımlıda sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş yığıncağı keçirildi.
17 iyul 2012-ci il tarixdə saat 1100-da 2012-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş yığıncağı keçirildi. Yığıncaqdan öncə Heydər Əliyev parkında Ulu Öndərin büstü ziyarət olundu və önünə gül dəstələri qoyuldu. Yığıncaqda rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, ictimaiyyətin nümayəndələri iştirak etdi.
Yığıncaqda Rayon İcra Hakimiyyətinin Başçısı Sevindik Hətəmov çıxış edərək ötən dövr ərzində görülmüş işlərdən, aparılan abadlıq-quruculuq işlərindən və rayonun sosial-iqtisadi inkişafı ilə əlaqədar qarşıda duran vəzifələrdən bəhs etdi. Tədbirin sonunda Rayon İcra Hakimiyyətinin Başçısı tərəfindən Vəlixanli kənd tam orta məktəbini Qızıl medalla bitirən Məmmədli Xəyalə Təyyar qızına “Qızıl medal” təqdim olundu və ona maddi yardım verildi.