Yardımlı rayonunda qanvermə aksiyası keçirildi.
14 noyabr 2018 | 16:00
14 noyabr 2018-ci il tarixdə Lənkəran Qan Bankının əməkdaşları tərəfindən MRX-da qan xəstəliyindən əziyyət çəkən insanlara yadım məqsədi ilə qanvermə aksiyası keçirildi.
Rayonda keçirilən humanitar tədbirdə Lənkəran Qan Bankının əməkdaşlarından ibarət həkim briqadası 150 nəfərdən qan götürmüşdür.
Aksiyanın məqsədi toplanan qanın talassemiyalı, hemofiliyalı xəstələrə, doğuş zamanı çoxlu qan itirən hamilə qadınlara, eləcə də bədbəxt hadisələr zamanı ehtiyacı olan xəstələrə köçürməkdir.