Yardımlı rayon icra hakimiyyətinin başçısı Avaş İƏD-i üzrə nümayəndəliyinin sakinləri ilə görüş keçirmişdir.
15 noyabr 2018-ci il tarixdə Yardımlı Rayon İcra Hakimiyyəti başçısının növbəti səyyar görüş - qəbulu Avaş İƏD-i üzrə nümayəndəliyində keçirilmişdir. Görüşdə Prezident Administrasiyasının məsul işçisi Dəyanət Abdullayev, idarə müəsissə və təşkilat rəhbərləri, kənd sakiləri, KİV-nin nümayəndələri iştirak etdi.
Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı Ayaz Əsgərov sakinlərin salamlamış, son illərdə ölkəmizin sosial-iqtisadi inkişafı naminə dövlət səviyyəsində həyata keçirilən tədbirlərin icmalını vermiş, regionlara göstərilən diqqəti nəzərə çatdırmış, Yardımlıda görülən abadlıq-quruculuq işlərindən bəhs etmişdir. Natiq rayonumuzda kənd təsərrüfatı sahələrinin inkişafından, məktəb və səhiyyə obyektləri tikintisindən, elektrik xətt təsərrüfatının yeniləşməsi, bir sıra infrastruktur layihələrin uğurla həyata keçirilməsindən danışmışdır. İcra başçısı sonda Avaş kəndində mövcud sosial-iqtisadi probemlərinin həlli istiqamətində görülən işləri qeyd etməklə yanaşı, bu sahədə nəzərdə tutulan tədbirlərin sürətləndirilməsi üçün aidiyyatı idarə və müəssisələrin rəhbərlərinə tapşırıqlarını verdi.
. Tədbirdə iştirak edən Prezident Administrasiyasının məsul işçisi Dəyanət Abdullayev çıxışında ölkəmizin sosial- iqtisadi inkişafı naminə dövlət səviyyəsində həyata keçirilən tədbirlərin icmalını vermiş, regionlara göstərilən diqqəti nəzərə çatdırmış, Yardımlıda görülən abadlıq-quruculuq işlərindən, ümumilikdə kəndlərdə sosial xidmətlərin inkşaf etməsindən ölkə başçısı cənab İlham Əliyevin əhaliyə göstərdiyi diqqət və qayğıdan bəhs etmişdir.
Görüşdə kənd sakiləri rayonumuzda eləcə də kəndlərdə görülən işlərə görə ölkə başçısına minnətdarlıqlarını bildirmişlər.