ƏDLİYYƏ İŞÇİLƏRİNİN PEŞƏ BAYRAMI QEYD OLUNDU.
22 noyabr 2018-ci il tarixdə RİH-də ədliyyə işçilərinin peşə bayramı münasibət ilə tədbir keçirildi. Tədbirdən öncə Heydər Əliyev parkında Ulu Öndərin abidəsi ziyarət olundu və önünə gül dəstələri qoyuldu.Tədbirdə inzibati orqanların nümayəndələri, idarə, müəssisə, təşkilatların rəhbərləri, ictimaiyyətin nümayəndələri iştirak etdi.
Tədbirdə çıxış edən, rayon icra hakimiyyətinin başçısı Ayaz Əsgərov bildirmişdir ki, Azərbaycan yenidən dövlət müstəqilliyi əldə etdikdən və Ümummilli Lider Heydər Əliyev ölkə rəhbərliyinə gəldikdən sonra ədliyyə orqanlarının işinin müasir tələblər səviyyəsinə qaldırılması üçün əsaslı tədbirlər həyata keçirildi, Ədliyyə Nazirliyinin cəmiyyətdə rolu və əhəmiyyəti artdı, səlahiyyət dairəsi genişləndi.
Ədliyyə işçilərində və hakimlərdə mənəvi stimul yaradılması məqsədilə onların peşə bayramı gününün müəyyən edilməsinə təşəbbüs göstərilərək Ümummilli Lider Heydər Əliyevin 11 noyabr 2000-ci il tarixli Sərəncamı ilə 22 noyabr ədliyyə işçilərinin peşə bayramı günü kimi müəyyən edilmişdir