Şriftin ölçüsü :

Saytın rəngi :

Yardımlı rayon icra hakimiyyətinin başçısı Şəfəqli İƏD-i üzrə nümayəndəliyinin sakinləri ilə görüş keçirmişdir.

28 noyabr 2018 | 16:00

Görüşdə  rayon polis şöbəsinin rəisi Arif Babayev, idarə müəsissə  və təşkilat rəhbərləri, kənd sakiləri, KİV-nin nümayəndələri  iştirak etdi.
     Görüşdə RİH-nin başçısı Ayaz Əsgərov  kənd əhalisini salamlamış, son illərdə ölkəmizin sosial- iqtisadi inkişafı naminə dövlət səviyyəsində həyata keçirilən tədbirlərin icmalını vermiş, regionlara göstərilən diqqəti nəzərə çatdırmış, Yardımlıda  görülən abadlıq-quruculuq işlərindən,  ümumilikdə  kəndlərdə sosial xidmətlərin  inkşaf etməsindən  ölkə başçısı cənab İlham Əliyevin əhaliyə göstərdiyi diqqət və qayğıdan bəhs etmişdir. Natiq çıxışında ərazidə yaşayan sakinlərin torpaqlardan səmərəli istifadə etmələri, kənd təsərrüfatı sahələrinin inkşaf  ilə bağlı məsləhət və tövsiyələrini söylədi.
     İcra başçısı sonda Şəfəqli, Cirembel, Gilar kəndlərində   mövcud sosial-iqtisadi probemlərinin həlli istiqamətində görülən işləri qeyd etməklə yanaşı, bu sahədə nəzərdə tutulan tədbirlərin sürətləndirilməsi üçün aidiyyatı idarə və müəssisələrin rəhbərlərinə tapşırıqlarını verdi.
    Görüşdə kənd sakiləri rayonumuzda eləcə də kəndlərdə görülən işlərə görə ölkə başçısına  minnətdarlıqlarını bildirmişlər.

Keçidlər