Şriftin ölçüsü :

Saytın rəngi :

Urakəran kənd sakinləri ilə görüş keçirildi.

05 dekabr 2018 | 16:00

05 dekabr 2018-ci il tarixdə Yardımlı Rayon İcra Hakimiyyəti başçısının növbəti səyyar görüş - qəbulu Urakəran kəndində keçirilmişdir. Görüşdə  rayon polis şöbəsinin rəisi Arif Babayev, idarə müəsissə  və təşkilat rəhbərləri, kənd sakiləri, KİV-nin nümayəndələri  iştirak etdi.
   RİH-nin başçısı Ayaz Əsgərov  kənd əhalisini salamlamış, son illərdə ölkəmizin sosial- iqtisadi inkişafı naminə dövlət səviyyəsində həyata keçirilən tədbirlərin icmalını vermiş, regionlara göstərilən diqqəti nəzərə çatdırmış, Yardımlıda  görülən abadlıq-quruculuq işlərindən,  ümumilikdə  kəndlərdə sosial xidmətlərin  inkşaf etməsindən  ölkə başçısı cənab İlham Əliyevin əhaliyə göstərdiyi diqqət və qayğıdan bəhs etmişdir. Natiq çıxışında ərazidə yaşayan sakinlərin torpaqlardan səmərəli istifadə etmələri, kənd təsərrüfatı sahələrinin inkşaf  ilə bağlı məsləhət və tövsiyələrini söylədi.
     İcra başçısı sonda Urakəran  kəndində  mövcud sosial-iqtisadi probemlərinin həlli istiqamətində görülən işləri qeyd etməklə yanaşı, bu sahədə nəzərdə tutulan tədbirlərin sürətləndirilməsi üçün aidiyyatı idarə və müəssisələrin rəhbərlərinə tapşırıqlarını verdi.
    Görüşdə kənd sakiləri rayonumuzda eləcə də kəndlərdə görülən işlərə görə ölkə başçısına  minnətdarlıqlarını bildirmişlər.

Keçidlər