Şriftin ölçüsü :

Saytın rəngi :

Avaş kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin 2018-ci ilin yekunlarına həsr olunmuş hesabat yığıncağı keçirildi.

23 yanvar 2019 | 16:00

   Rayon icra hakimiyyəti başçısının Avaş  kənd inzibati ərazi dairəsi üzrə icra nümayəndəsinin hesabat yığıncağında rayon icra hakimiyyəti başçısı Ayaz Əsgərov, aidiyyəti idarə, müəssisə və təşkilatların rəhbərləri, kənd ictimaiyyətinin nümayəndələri iştirak edirdi.
   Hesabat yığıncağınında  rayon icra hakimiyyəti başçısı Ayaz Əsgərov bildirdi ki, uzunmüddətli dövr üçün düşünülmüş iqtisadi siyasət ölkədə makroiqtisadi sabitlik və dinamik iqtisadi inkişaf üçün möhkəm zəmin yaratmışdır. Məhz bunun nəticəsində geniş sahibkarlar təbəqəsi formalaşmış, ölkənin sosial-iqtisadi inkişafında özəl sektorun rolu daha da artmış və ümumdünya iqtisadi sisteminə inteqrasiya sahəsində mühüm nailiyyətlər əldə olunmuşdur.
    Sonra hesabat yığıncağında məruzə ilə çıxış edən Avaş kənd inzibati ərazi dairəsi üzrə icra nümayəndəsi E.Əliyev  qeyd etmişdir ki, yola saldığımız 2018-ci il öz əməksevərliyi və qonaqpərvərliyi ilə seçilən sakinlərimiz üçün yadda qalan bir il oldu.Ərazidə əhalinin sosial rifah halı yaxşılaşmış, abadlıq və quruculuq işləri davam etmişdir.
     Avaş ərazi icra nümayəndəliyi 265 ev təsərrüfatından ibarət olmaqla 4 kəndi əhatə edir və burada 1303 nəfər əhali yaşayır. Əhalinin əsas məşğuliyyəti əkinçilik və heyvandarlıqdır. Ərazi üzrə şəxsi təsərrüfatlarda 820 baş qara mal, 2098 baş qoyun-keçi və 92 arı ailəsi saxlanılır. Ərazidə arıçılıqla məşğul olan arıçılara dövlət tərəfindən ayrılan subsidiyanın plastik kartlarla ödənilməsi təmin edilmişdir. Cənab Prezidentin kənd təsərrüfatı sahəsinin inkişafı, pay torpaqlarında səmərəli istifadə edilməsi ilə bağlı tapşırığına uyğun olaraq əhalidə əkinə maraq daha da artmışdır. Hesabat ilində 267 hektar, ötən ilə müqayisədə 100 hektar çox sahədə payızlıq və yazlıq əkin aparılmışdır. Deman ərazisində 9,2 ha sahədə tütün əkilmiş,yaş halda toplanmış məhsul  qurutma sexinə təhvil verilmişdir.Qurudulmuş halda 6.8 ton tütün istehsal olunmuşdur..Ümumilikdə adı çəkilən sahələrin əkilib- becərilməsində 100 nəfərə yaxın adam iştirak etmiş və onlara 20 min manat pul vəsaiti ödənilmişdir.Bundan əlavə dərman və müxtəlif bitkilərin toplanıb təhvil verilməsi üçün də sakinlərə hər cür şərait yaradılmışdır
       Yığıncaqda məruzə və çıxışlarda səsləndirilən   təkliflərin icrası ilə bağlı müvafiq qərar qəbul edildi.   Sonunda  kənd sakiləri rayonumuzda eləcə də kəndlərdə görülən işlərə görə ölkə başçısına  minnətdarlıqlarını bildirmişlər.

Keçidlər