Şriftin ölçüsü :

Saytın rəngi :

Nizami adına kinoteatrda Yardımlı rayon İcra Hakimiyyətinin Başçısı cənab Sevindik Hətəmovla şəhər sakinlərinin görüşü keçirildi

29 avqust 2012 | 15:00

28 avqust 2012-ci il tarixdə Nizami adına kinoteatrda Yardımlı rayon İcra Hakimiyyətinin Başçısı cənab Sevindik Hətəmovla şəhər sakinlərinin görüşü keçirildi. Görüşdə RİH-nin nümayəndələri, idarə və müəssisə rəhbərləri, inzibati orqanların rəhbərləri olmaqla 210 nəfər iştirak edirdi.
Görüşü giriş sözü ilə rayon İcra Hakimiyyətinin başçısı cənab Sevindik Hətəmov açaraq ilk öncə şəhər sakinlərini salamladı və respublikamızın son illərdə əldə etdiyi naliyyətlərdən danışdı. Cənab Sevindik Hətəmov çıxışında regionların sosial-iqtisadi inkişafı Dövlət proqramının Yardımlı rayonunda da uğurla icra olunduğunu bildirərək görülən işlərdən bəhs etdi.
Görüşdə şəhər sakinləri də çıxış edərək, rayonda aparılan abadlıq-quruculuq işlərindən məmnun olduqlarını bildirdilər, şəhərdə olan problemlərlə bağlı bir neçə məsələ qaldırdılar. Qaldırılan məsələlər əsasən küçələr arası yolların təmiri, şəhərin işıqlandırılması, körpülərin təmiri, yeni iş yerlərinin açılması ilə bağlı olan məsələlər idi. Görüşdə qaldırılan məsələlərlə bağlı rayon icra hakmiyyətinin başçısı cənab Sevindik Hətəmov aidiyyəti orqanların rəhbərlərinə göstərişlərini verdi.
 

Keçidlər