Xocalı faciəsinin 27-cı ildönümünə həsr olunmuş anım mərasimi keçirildi.
26 fevral 2019-cu il tarixdə saat 10:00 -da Xocalı faciəsinin 27-cı ildönümünə həsr olunmuş anım mərasimi keçirildi. Mərasimdə Rayon İcra Hakimiyyətinin başçısı Ayaz Əsgərov başda olmaqla rayon ictimaiyyəti Şəhidlər Xiyabanı abidə kompleksini ziyarət edərək, Qarabağ savaşında həlak olanların xatirəsini bir daha yad edərəkı, abidə kompleksi önünə gül dəstələri qoyuldu.
Rayon İcra Hakimiyyətinin başçısı Ayaz Əsgərov çıxış edərək ermənilərin Azərbaycan xalqına qarşı etdiyi vəhşiliklərdən, Azərbaycan xalqına etdiyi zülmlərdən və bunlardan ən dəhşətlisi olan Xocalı soyqırımından söhbət açaraq neçə-neçə körpə, qoca, cavan soydaşlarımızın bədnam düşmənlərimiz tərəfindən zülmlərə, iztirablara məruz qaldığından danışmışdır. Sonra natiq möhtərəm prezidentimiz cənab İlham Əliyevin apardığı daxili və xarici siyasət nəticəsində şəhidlərimizin qanı ilə yuyulmuş düşmən tapdağı altında olan öz ana torpaqlarımızı azad edəcəyimizi bildirmişdir. Çıxışının sonunda isə Xocalı faciəsinin heç zaman yaddaşlardan silinməyəcəyni, bu faciənin Azərbaycan xalqının qan yaddaşı olduğunu və gələcək nəsillərədə ötürülməsini vacib olduğunu vurğulamışdır.