Yardımlı rayon icra hakimiyyətinin başçısı Bilnə kənd sakinləri ilə görüş keçirmişdir.
Görüşdə idarə müəsissə və təşkilat rəhbərləri, kənd sakinləri, KİV-nin nümayəndələri iştirak etdi.
RİH-nin başçısı Ayaz Əsgərov kənd əhalisini salamlamış, son illərdə ölkəmizin sosial- iqtisadi inkişafı naminə dövlət səviyyəsində həyata keçirilən tədbirlərin icmalını vermişdir. 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının dördüncü ilinin yekunlarına həsr olunmuş konfransından söhbət açan rayon icra hakimiyyətinin başçısı cənab Prezidentin iclasdakı giriş və yekun nitqində regionlarda görülmüş işlər barədə geniş məlumat verdi. Həmçinin bildirdi ki, regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı çərçivəsində ölkəmizdə olduğu kimi rayonumuzda əhəmiyyətli işlər görülmüşdür. Dövlət Proqramına uyğun olaraq Yardımlı-Bozayran-Bürzünbül-Vərgədüz-Sırıq avtomobil yolu əsalı şəkildə yenidən qurulması işlərinin görüldüyünü, ümumilikdə kəndlərdə sosial xidmətlərin inkşaf etməsindən ölkə başçısı cənab İlham Əliyevin əhaliyə göstərdiyi diqqət və qayğıdan bəhs etmişdir.
İcra başçısı sonda Bilnə kəndində mövcud sosial-iqtisadi probemlərinin həlli istiqamətində görülən işləri qeyd etməklə yanaşı, bu sahədə nəzərdə tutulan tədbirlərin sürətləndirilməsi üçün aidiyyatı idarə və müəssisələrin rəhbərlərinə tapşırıqlarını verdi.
Görüşdə kənd sakiləri rayonumuzda eləcə də kəndlərdə görülən işlərə görə ölkə başçısına minnətdarlıqlarını bildirmişlər.