Yardımlı rayonunda “5 mart Bədən tərbiyəsi və İdman günü” münasibətilə tədbir keçirildi.
05 mart 2019-cu il tarixdə rayonda fəaliyyət göstərən "Gümüş" sarayında “5 mart Bədən tərbiyəsi və İdman günü” münasibətilə Rayon idmançıları ilə görüş keçirildi. Tədbiri giriş sözü ilə açan Yardımlı rayon Gənclər və İdman idarəsinin rəisi Anar Alışov 5 mart Bədən tərbiyyəsi və İdman gününün keçirilməsinin tarixi haqqında idmançılara məlumat verdi. Azərbaycan Respublikasının Fəxri Bədən tərbiyəsi və İdman işçisi, Kontakt Karate üzrə məşqçi müəllim Nazim Rzayevdə təbriklərə qoşularaq öz fəaliyyəti və idmançılarının uğurları barədə geniş çıxış etdi. Çıxış edən Beynəlxalq dərəcəli hakim, Taekvando idman növü üzrə məşqçi müəllim Ramal Əsgərovda il ərzində tələbələrinin qazandığı uğurlardan və gələcəkdə görüləsi işlərdən danışdı. Kikboksing idman növü üzrə məşqçi müəllim Şamil Əbilovda öz həmkarların bu bayram münasibətilə təbrik etdi.
Tədbirdə Yardımlı rayon İcra Hakimiyyəti başçısının I müavini Azər Xamiyev bu gün Dövlətimizin idmana göstərdiyi qayğıdan danışdı.Sonda İl ərzində fəaliyyətində fərqlənən idmançılara qiymətli hədiyyələr verildi.