Yardımlıda Azərbaycan Respublikasının 10 milyoncu sakininin anadan olması münasibətilə ağaçəkmə kampaniyası keçirildi.
08 aprel 2019 | 16:00
8 aprel 2019-cu il tarixdə Azərbaycan Respublikasının 10 milyoncu sakininin anadan olması münasibətilə rayonda ağaçəkmə kampaniyası keçirildi. Yardımlı Rayon İcra Hakimiyyətinin və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Masallı Regional Meşə Təsərrüfatı Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən aksiya zamanı 2000 min yaxın müxtəlif növ ağac əkilmişdir.