Yardımlı rayon icra hakimiyyətinin başçısı Gərsava kənd sakinləri ilə görüş keçirmişdir.
15 may 2019-cu il tarixdə Yardımlı Rayon İcra Hakimiyyəti başçısının növbəti səyyar görüş-qəbulu Gərsava kəndində keçirilmişdir. Görüşdə idarə müəsissə və təşkilat rəhbərləri, kənd sakinləri, KİV-nin nümayəndələri iştirak etdi.
RİH-nin başçısı Ayaz Əsgərov kənd əhalisini salamlamış, son illərdə ölkəmizin sosial- iqtisadi inkişafı naminə dövlət səviyyəsində həyata keçirilən tədbirlərin icmalını vermişdir. Bildimişdir ki, Ümummilli Liderimiz Heydər Əliyevin müəyyən etdiyi inkişaf yolu cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu yaxınlarda cənab Prezidentin minimum əmək haqqının, pensiyaların, tələbələrin təqaüdlərinin artırılması Müharibə veteranlarına, şəhid ailələrinə verilən müavinətlərdən, eləcədə 12 mindən çox şəhid vərəsəsinə 11 min manat birdəfəlik vəsaitin ödənilməsindən, problemli kreditlərlə bağlı verdiyi sərəncamlardan , əhalinin sosial müdafiyəsinin daha da gücləndirilməsi ilə bağlı təkliflər paketinin hazırlanması barədə vətəndaşlara geniş məlumat vermişdir. Bu kimi sərəncamlar hər bir vətəndaşımız tərəfindən yüksək qiymətləndirilir və razılıqla qarşılanmışdır.
İcra başçısı sonda Gərsava kəndində mövcud sosial-iqtisadi probemlərinin həlli istiqamətində görülən işləri qeyd etməklə yanaşı, bu sahədə nəzərdə tutulan tədbirlərin sürətləndirilməsi üçün aidiyyatı idarə və müəssisələrin rəhbərlərinə tapşırıqlarını verdi.
Görüşdə kənd sakiləri ölkədə olan sabitliyə, əminəmanlıqa, vətəndaşlara göstərilən diqqətə, rayonumuzda eləcə də kəndlərdə görülən işlərə görə ölkə başçısına minnətdarlıqlarını bildirmişlər.