Könüllülərlə görüş keçirildi.
30 may 2019-cu il tarixdə Yardımlı Rayon İcra Hakimiyyətində rayonun gənc könüllülərinin müddətinin başa çatması ilə bağlı görüş keçirilmişdir.
Tədbiri giriş sözü ilə açan Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı Ayaz Əsgərov geniş nitqində könüllülük fəaliyyətinin respublikamızdakı inkişafından danışmışdır. O, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin kölüllülük fəaliyyətinin əhatəsinin genişləndirilməsi haqda tapşırığı gənclərə böyük stimul olduğunu bildirmişdir. Belə ki, bütün dövlət strukturlarında könüllü gənclər fəaliyyət göstərirlər. Natiq çıxışında dövlətin həyata keçirdiyi gənclər siyasətindən, ölkə başçısının gənclərə gösdərdiyi diqqət və qayğıdan danışdı. Könüllülərin İcra Hakimiyyətində böyük təcrübə və səriştə qazandığına əminliyini ifadə edən başçı bu təcrübələrin onların gələcək əmək fəaliyyətləri dövründə çox böyük əhəmiyyət daşıyacağına inandığını bildirmişdir.
Tədbirdə RİH başçısı Ayaz Əsgərov könüllülərə sertifikatlar təqdim etmiş, onlara həyatda və gələcək işlərində uğurlar arzulamışdır.