POLİS İŞÇİLƏRİNİN PEŞƏ BAYRAMI QEYD OLUNDU.
02 iyul 2019-cü il tarixdə saat 11:00-da Polis işçilərinin peşə bayramı münasibətilə şöbənin inzibati binasında tədbir keçirildi. Tədbirdə RİH-nümayəndələri, hüquq-mühafizə orqanları, idarə, müəssisə, təşkilat rəhbərləri, rayon ictimaiyyəti iştirak etdi. Tədbirdə RİH başçısı Ayaz Əsgərov təbrik nitqində bildirdi ki, Azərbaycan polisinin keçdiyi 101 illik bu tarixi yol şərəfli yoldur, eyni zamanda bu günkü nəsil üçün örnək olan bir yoldur.
İcra başçısı həmçinin Ulu Öndər Heydər Əliyevin Azərbaycan polisinin inkişafına göstərdiyi yüksək diqqət və qayğıdan, hazırda bu yolu möhtərəm Prezidentimiz İlham Əliyevin dönmədən inkişaf və davam etdirməsindən danışaraq qeyd etdi ki, xalqımız Azərbaycan polisinə böyük inam bəsləyir, Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsində, milli maraqlarının qorunmasında polisin xidmətləri danılmazdır. Natiq çıxışında qeyd etdi ki, Yardımlıda ictimai-siyasi sabitliyin, cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsində, polis-vətəndaş münasibətlərinin möhkəmləndirilməsində Yardımlı Rayon Polis Şöbəsinin şəxsi heyətinin rolunu xüsusi qeyd etdi.