Şriftin ölçüsü :

Saytın rəngi :

Yardımlı rayon icra hakimiyyətinin başçısı Şıxhüseynli kənd sakinləri ilə görüş keçirmişdir.

31 iyul 2019 | 16:00

Görüşdə idarə müəsissə  və təşkilat rəhbərləri, kənd sakinləri, KİV-nin nümayəndələri  iştirak etdi.
   RİH-nin başçısı Ayaz Əsgərov  kənd əhalisini salamlamış, son illərdə ölkəmizin sosial- iqtisadi inkişafı naminə dövlət səviyyəsində həyata keçirilən tədbirlərin icmalını vermişdir. Bildimişdir  ki, Ümummilli Liderimiz Heydər Əliyevin müəyyən etdiyi inkişaf yolu cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu yaxınlarda cənab Prezidentin minimum əmək haqqının, pensiyaların, tələbələrin təqaüdlərinin artırılması  Müharibə veteranlarına, şəhid ailələrinə verilən müavinətlərdən, eləcədə 12 mindən çox şəhid vərəsəsinə 11 min manat birdəfəlik  vəsaitin ödənilməsindən, problemli kreditlərlə bağlı verdiyi sərəncamlardan , əhalinin sosial müdafiyəsinin daha da gücləndirilməsi ilə bağlı təkliflər paketinin hazırlanması barədə vətəndaşlara geniş  məlumat vermişdir.
İcra başçısı sonda Şıxhüseynli kəndində  mövcud sosial-iqtisadi probemlərinin həlli istiqamətində görülən işləri qeyd etməklə yanaşı, bu sahədə nəzərdə tutulan tədbirlərin sürətləndirilməsi üçün aidiyyatı idarə və müəssisələrin rəhbərlərinə tapşırıqlarını verdi.
    Görüşdə kənd sakiləri ölkədə olan sabitliyə, əminəmanlıqa, vətəndaşlara göstərilən diqqətə, rayonumuzda eləcə də kəndlərdə görülən işlərə görə ölkə başçısına  minnətdarlıqlarını bildirmişlər.

Keçidlər