Şriftin ölçüsü :

Saytın rəngi :

Yardımlı rayonunda 2019-cu ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş müşavirə keçirildi.

08 avqust 2019 | 16:00

Rayon rəhbərliyinin, hüquq mühafizə orqanlarının, idarə, müəssisə, təşkilat rəhbərlərinin, ərazi icra nümayəndələri, bələdiyyə sədrləri, ağsaqqallar, gənclər və ictimaiyyətin nümayəndələrinin iştirak ilə 2019-cu ilin birinci yarısında Yardımlı rayonunda görülmüş işlər, qarşıda duran vəzifələr” barədə tədbir  keçirildi.
      Tədbirdə geniş məruzə ilə çıxış edən rayon icra hakimiyyəti başçısı Ayaz Əsgərov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin yanında sosial-iqtisadi sahə ilə bağlı keçirilmiş müşavirədə dövlət başçısının nitqində qeyd olunan əsas məqamlara toxunaraq bildirmişdir ki,  2019-cu ilin birinci yarımili ərzində kənd təsərrüfatının inkişaf etdirilməsi , sahibkarlıq fəaliyətinə dəstək və sahikarlığın inkişaf etdirilməsinə münbit şəraitin yaradılması, tikinti-abadlıq-quruculuq işləri, yerli əhəmiyyətli avtomobil yollarının asfalt və çınqıl örtüklə təmiri, əhalinin içməli su ilə təmini, məktəb və xəstəxana  tikintisi,  həyətlərin, küçə və xiyabanlarının  təmiri  və digər infrastruktur layihələrinin icrası həyata keçirilmiəsi barədə geniş məlumat verdi. Daha sonra məruzə ətrafında Rayon Aqrar İnkişaf Mərkəzinin direktor əvəzi Şahlar Əliyev, Rayon Elekrtik şəbəkəsinin rəisi  Vaqif Mirzəyev,  “51 saylı Yol İstismar” MMC-nin rəisi Yaqub Əliyev çıxış etmişlər.

Keçidlər