Tələbə adını qazanmış məzunlarla görüş keçirildi.
22 avqust 2019-cu il tarixdə saat 11:00–da rayon Mədəniyyət Mərkəzində tələbə adını qazanmış məzunlarla görüş keçirilmişdir. Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Ayaz Əsgərov, məktəb direktorları, qabaqcıl pedaqoqlar, tələbə adını qazanmış məzunlar, valideyinlər və ictimaiyyət nümayəndələri iştirak etmişdir. Rayon İcra hakimiyyətinin başçısı Ayaz Əsgərov çıxış edərək rayon təhsil işçilərinin nailiyyətlərindən və bunun nəticəsi olaraq tələbə adını qazanmış məzunları təbrik etmiş, və daxil olduqları ali məktəbləri müvəffəqiyyətlə bitirmələrini arzu etmişdir. Rayon Təhsil şöbəsinin müdiri Səmədzadə Manaf «2018-2019-cu tədris ilinin yekunları və yeni dərs ilində qarşıda duran vəzifələr» mövzusunda geniş məruzə etmişdir. O, Ulu Öndər Heydər Əliyevin təhsil strategiyasının möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayaraq son illərdə rayonumuzda təlim-tərbiyə müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində görülmüş işlərdən danışmışdır.
Çıxış edənlər qazanılan uğurlara, təhsil sahəsinə göstərilən diqqət və qayğıya görə möhtərəm Prezident cənab İlham Əliyevə öz minnətdarlıqlarını bildirmişlər.
Tədbirdə 500-dən yuxarı bal toplayaraq ali məktəblərə qəbul olunan tələbələr rayon İcra hakimiyyəti başçısının Fəxri fərmanı ilə təltif olunmuşlar.