Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini İsmayıl Hüseynov Yardımlı rayonunda, rayon sakinlərinin müraciətlərini dinlədi.
Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq avqustun 30-da Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini İsmayıl Hüseynov Yardımlı rayonu Heydər Əliyev Mərkəzində rayon sakinləri ilə görüşərək, onların müraciətlərini dinləyib.
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini İsmayıl Hüseynov və Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı Ayaz Əsgərov əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzüb, Ulu Öndərin adını daşıyan Mərkəzdə böyük rəhbərin zəngin və mənalı ömür yolunu əks etdirən eksponatlar və fotoşəkillərlə tanış olub.
Qəbul zamanı vətəndaşların müraciətləri əsasən rayonda gömrük keçid məntəqəsinin açılması ilə bağlı olub.
Bəzi vətəndaşların Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə səlahiyyətlərinə aid olmayan müraciətləri isə müvafiq təşkilatlara çatdırılmaq üçün qeydiyyata alınıb və nəzarətə götürülüb.