Yardımlı rayon icra hakimiyyətinin başçısı Seporadi kənd sakinləri ilə görüş keçirmişdir.
16 oktyabr 2019-cu il tarixdə Yardımlı Rayon İcra Hakimiyyəti başçısının növbəti səyyar görüş-qəbulu Seporadi kəndində keçirilmişdir. Görüşdə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin 5-ci ərazi sektorunun müdiri Dəyanət Abdullayev, hüquq mühafizə orqanlarının rəhbərləri, idarə müəsissə və təşkilat rəhbərləri, kənd sakinləri, KİV-nin nümayəndələri iştirak etmişdir.
RİH-nin başçısı Ayaz Əsgərov kənd əhalisini salamlamış, son illərdə ölkəmizin sosial- iqtisadi inkişafı naminə dövlət səviyyəsində həyata keçirilən tədbirlərin icmalını vermişdir. Bildirmişdir ki, Ümummilli Liderimiz Heydər Əliyevin müəyyən etdiyi inkişaf yolu cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu yaxınlarda cənab Prezidentin minimum əmək haqqının, pensiyaların, tələbələrin təqaüdlərinin artırılması Müharibə veteranlarına, şəhid ailələrinə verilən müavinətlərdən, eləcədə 12 mindən çox şəhid vərəsəsinə 11 min manat birdəfəlik vəsaitin ödənilməsindən, problemli kreditlərlə bağlı verdiyi sərəncamlardan , əhalinin sosial müdafiyəsinin daha da gücləndirilməsi ilə bağlı təkliflər paketinin hazırlanması barədə vətəndaşlara geniş məlumat vermişdir.
Səyyar görüş-qəbulda Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçisi Dəyanət Abdullayev vətəndaşları dinlədi. Qəbul zamanı vətəndaşlar tərəfindən kəndə qaz xəttinin çəkilməsi, elektrik dirəklərinin təmiri və içməli su problemi ilə bağlı məsələlər qaldırıldı. Həlli mümkün olan məsələlər bağlı aidiyyəti qurumların rəhbərlərinə konkret tapşırıqlar verildi. Vətəndaşların qaldırdığı həlli müəyyən vaxt tələb edən məsələlər isə icra olunmaq üçün nəzarətə götürüldü.
Görüşdə kənd sakinləri ölkədə olan sabitliyə, əminəmanlıqa, vətəndaşlara göstərilən diqqətə, rayonumuzda eləcə də kəndlərdə görülən işlərə görə ölkə başçısına minnətdarlıqlarını bildirmişlər.