Şriftin ölçüsü :

Saytın rəngi :

Yardımlı rayonunda ağacəkmə aksiyası keçirildi.

06 dekabr 2019 | 16:00

06 dekabr 2019-cu il tarixdə Yardımlı rayonunda mütəfəkkir şair İmadəddin Nəsiminin 650 illik yubleyi ilə əlaqədar  ağacəkmə aksiyası keçirildi. Ölkə prezident İlham Əliyev cənablarının 2019-cu ili ölkəmizdə “Nəsimi ili” elan etməsi görkəmli şairin ədəbi irsinin təbliği və öyrənilməsində yeni imkanlar yaratdı. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə  respublikamızda və eləcə də,  Yardımlı rayonunda mütəfəkkir şair İmadəddin Nəsiminin 650 illik yubleyi ilə əlaqədar  ağacəkmə aksiyası  böyük sevinclə qarşılandı. 
      Rayon musiqi kollektivlərinin səsləndirdiyi musiqi sədaları ilə  qabaqcadan müəyyən olunmuş ərazilərdə rayonun iqliminə uyğun 3000 ədəd ağcaqayın tingi əkilmişdir. Tədbirdə RİH başçısı Ayaz Əsgərov, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların kollektivləri, rayon ictimaiyyətin nümayəndələri, gənclər və KİV-nin nümayəndələri    iştirak etmişdir. 

Keçidlər