Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycanın Milli Qəhrəmanı Bəhruz Mansurovun doğum günü anıldı.

12 mart 2020 | 16:00

12 mart 2020-ci il tarixdə RİH-nin başçısı Ayaz Əsgərov, RİH-nin nümayəndələri, şəhidin yaxınları Azərbaycanın “Milli Qəhramanı” Mansurov Bəhruz Qəhrəman oğlunun doğum günü münasibəti ilə dəfn olunduğu Telavar kəndində şəhidin məzarını ziyarət etmiş, ruhuna dualar oxunmuşdur.
   Məlumat üçün bildiririk ki, Bəhruz Mansurov  13 mart 1975-ci ildə Yardımlı rayonunun Telavar kəndində anadan olmuşdur. Orta təhsilini doğma kəndində almışdır. Bakı Ali Ümumqoşun Komandirlər Məktəbinin sərhəd qoşunları fakültəsinə qəbul olmuşdur. Təhsil aldığı müddətdə 1995-ci il martın 16-sı Azərbaycanın başı üstünü qara buludlar almışdı. Bəhruz da bir vətən oğlu kimi əlinə silah alaraq vətənin azadlığı uğrunda ayağa qalxanlardan oldu. Ölkə vətəndaş müharibəsinin təhlükəsini yaşadığı bir vaxtda, 20 yaşlı Bəhruz da vətənpərvərlik borcunu yerinə yetirirdi. Bəhruza silahlı dəstəni zərərsizləşdirmək tapşırılmışdır. Bu vəzifəni yerinə yetirərkən namərd gülləsi onu ağır yaraladı. Aldığı yaradan çoxlu qan itirdiyindən onun həyatını xilas etmək mümükün olmadı.
Azərbaycan Respublikası Prezidentinin 4 aprel 1995-ci il tarixli 307 saylı Fərmanı ilə Mansurov Bəhruz Qəhrəman oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" fəxri adı verilmişdir.
Yardımlı rayonunun Telavar kəndində dəfn edilmişdir.
Təhsil aldığı orta məktəb onun adını daşıyır.

Keçidlər