Şriftin ölçüsü :

Saytın rəngi :

2012-ci ilin 9 ayının sosial iqtisadi inkişafının yekunları ilə əlaqədar keçirilən yığıncaq

18 oktyabr 2012 | 15:00

17 oktyabr 2012-ci il tarixdə saat 11-00 da 2012-ci ilin 9 ayının yekunları ilə əlaqədar yığıncaq keçirildi. Yığıncaqdan öncə Heydər Əliyev parkında Ulu Öndərin büstü ziyarət olundu və önünə gül dəstələri qoyuldu. Sonra Nizami adına kulubun inzibati binasında keçirilən tədbiri giriş sözü ilə rayon icra hakimiyyəti başçısı Sevindik Hətəmov açaraq bildirdi ki, oktyabrın 10-da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2012-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında ölkəmizin iqtisadi, siyasi, sosial və mədəni sahədə qazandığı uğurlar bir daha səslənmiş, xarici siyasətimiz haqqında geniş məlumat verilmiş, qazanılmış uğurlarla yanaşı qarşıda duran vəzifələr müəyyən edilmişdir.
Bu ilin doqquz ayı ərzində rayonda tikinti quruculuq işlərinin miqyası daha da artmışdır. Şəhərin girişindən başlayaraq 2 km-ə yaxın yolun hər iki istiqamətində istinad divarları hörülür, həmin istiqamətdə yollar genişləndirilir, piyada terretuarı tikilir. Eləcə də şəhərin digər küçələrində abadlıq işləri həyata keçirilir. Daxili imkanlar hesabına Gənclər evinin tikinti işləri davam etdirilir. Bundan əlavə olaraq rayonda Statistika idarəsi və vergi terminalı üçün inzibatı binaları da tikilmişdir. Rayon Polis şöbəsi üçün inşa olunan yeni inzibati binada tikinti işləri davam etdirilir. Rayondakı bütün tikililər tikinti təşkliatları tərəfindən müasir zövqə uyğun olaraq keyfiyyətlə aparılır. Məlumat üçün bildirim ki, Ölkə Prezidentimiz İlham Əliyev cənabları tərəfindən rayonumuzda idmanın kütləvi inkişaf etdirilməsi məqsədilə yeni, müasir Olimpiya idman kompleksinin tikintisi üçün sərəncam verilmiş və kompleksin tikintisi məqsədilə layihələndirmə işləri aparılır. Ümummilli Lider Heydər Əliyevin adını daşıyacaq yeni park və 720 m2 olan Mərkəzin tikintisi işləri sürətlə davam etdirilir. Şəhidlər xiyabanı abidə kompleksinin yenidən qurulması işləri yekun mərhələsindədir.
Azərbaycan Hökümətinin Dünya Bankı ilə imzaladığı kredit sazişinə əsasən “Milli Su Təchizatı və Kanalizasiya xidmətləri üzrə İkinci Layihə” çərçivəsində rayonda ümumi uzunluğu 52,2 km olan su və 58,2 km kanalizasiya xətlərinin çəkilməsi işləri davam etdirilir. Su çəkilişi başa çatdırıldıqdan sonra əhalisinin sayı 7050 nəfər olan Yardımlı şəhər sakinləri 24 saat su verilişi ilə təmin olunacaqdır. Kəndlərdə əhalinin içməli suya olan tələbatının ödənilməsi məqsədilə Rayon icra hakimiyyəti və “Azərsu” ASC-nin təşəbbüsü ilə rayonun Odrağaran və Alçabulaq kəndlərində artezyan quyuları qazılmışdır. 18 kəndin içməli suya olan tələbatının təmini məqsədilə Viləş çayının Qaraqaya qolundan həmin kəndlərə su çəkilişinin həyata keçirilməsi məqsədilə layihə hazırlanmışdır. Rayon İcra Hakimiyyəti, inzibati ərazi dairələr üzrə nümayəndəliklər və bələdiyyələrin birgə köməkliyi ilə rayonun Gərsava, Vərgədüz, Bilnə, Bərcan, Ərus, Anzov, Şıxhüseyinli, Peştəsər, Yolocaq, Şəfəqli kəndlərində bulaqlar tikilmiş və təmir edilmişdir. Bilnə kəndinə yeni su xətti çəkilmişdir.
Sukanal idarəsi şəhər sakinlərinin içməli su ilə təmin olunması məqsədilə Heydər Əliyev küçəsində 1000 metr məsafədə, 28 may kükəsində 300 m məsafədə boru, yenisi ilə əvəz olunmuşdur. Məceyir–Yardımlı su xəttində qismən nasazlıqlar aradan qaldırılmışdır.
Məlumat üçün bildiririk ki, 2006-cı ilin oktyabr ayında möhtərəm Prezidentimiz İlham Əliyevin iştirakı ilə rayonumuza ilk dəfə təbii qaz verildi və 252 abonent qazdan istifadə etməyə başladı. Hal-hazıradək rayonun 88 yaşayış məntəqəsi üzrə 8291 abonentdən şəhərətrafı 6 yaşayış məntəqəsi üzrə 1222 abonent, yəni rayonun (15%)-i qazdan istifadə edir. O cümlədən, Yardımlı şəhəri 68%, Bozayran kəndi 10%, Urakəran kəndi 37%, Sırıq kəndi 100%, Əngövül kəndi 100 %, Qabaqdibi kəndi 8%, Köryədi kəndi 39% təbii qazla təmin olunmuşdur. Qeyd edim ki, 10 may 2012-ci il tarixdə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 89-cu il dönümü münasibətilə Əngüvül kəndində 133 abonentə təbii qaz verilişi həyata keçirildi və bununla da əhali sektoru üzrə abonentlərin sayı 1219 olmuşdur.
Hazırda, İyun ayından 300 abonenti olan Bozayran kəndinin qazlaşdırılmasına başlanılmışdır və tikinti-quraşdırma işlərinin çox hissəsi başa çatmışdır. Ünəç küçəsinin qazlaşdırılması üçün lazım olan avadanlıq gətirilmiş və artıq çəkilişə başlanılmışdır. Bundan əlavə olaraq şəhər ətrafı və kəmərboyu rayonda 12 kəndin qazlaşması nəzərdə tutulmuşdur.

Məruzə ətrafında rayon Maliyyə idarəsinin rəisi Malik Abişov , Əhalinin Sosial Müdafiəsi mərkəzinin direktoru Kamal Abdullayev, Rayon telekommunikasiya qovşağının rəhbəri İqbal Ağayev çıxış edərək görülmüş işlər və qarşıda duran vəzifələr barədə məlumat verdilər.
 

Keçidlər