Şriftin ölçüsü :

Saytın rəngi :

Yardımlı rayonunda Heydər Əliyev Fondu sosial aksiya keçirdi.

21 aprel 2020 | 16:00

     Koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar xüsusi karantin rejiminin tətbiq olunduğu dövrdə insanlara dəstək məqsədilə Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyi tərəfindən 20 aprel 2020-ci il tarixdə Yardımlı rayonunun  bütün İƏD-üzrə nümayəndəliklərində «Biz birlikdə güclüyük» devizi altında sosial aksiya keçirilib.
     Sovqatlar hazırlanaraq vətəndaşlara yaşadıqları evlərdə paylanılıb.Bu sosial aksiya koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar xüsusi karantin rejiminin tətbiq olunduğu dövrdə dövlətin həyata keçirdiyi tədbirlərə dəstək məqsədi daşıyır.
    Aksiya çərçivəsində Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyi könüllüləri tərəfindən karantin rejimi dövründə evdən çıxması qadağan edilən yaşı 65-dən yuxarı tənha yaşayan şəxslərə, aztəminatlı və digər həssas kateqoriyalardan olan ailələrə ərzaq məhsullarından ibarət sovqat paylanılıb, eləcə də vətəndaşlara pandemiya ilə mübarizədə həyata keçirilən tədbirlər, şəxsi gigiyena qaydaları, sosial təcridolmanın vacibliyi barədə məlumatlar verilib. Bu dövrdə hər kəsi öz evində qalmağa, dövlətin pandemiya ilə mübarizədə həyata keçirdiyi tədbirlərə dəstək verməyə çağırıblar.Sovqatları qəbul edən vətəndaşlar bu nəcib aksiyaya görə ölkə rəhbərliyinə və Heydər Əliyev Fonduna minnətdarlıqlarını bildiriblər.

Keçidlər