KONSTİTUSİYA GÜNÜNƏ HƏSR EDİLMİŞ TƏDBİR KEÇİRİLDİ.
12 noyabr 2012-ci il tarixdə saat 11:00 -da RİH-nin akt zalında 12 noyabr Konstitusiya günü münasibətilə tədbir keçirildi. Tədbirdən öncə Heydər Əliyev parkında Ulu Öndərin büstü ziyarət olundu və önünə gül dəstələri qoyuldu. Tədbirdə çıxış edən rayon icra hakimiyyətinin başçısı Sevindik Hətəmov Kontitusiyanın cəmiyyətin təhlükəsizliyinin qorunmasında, inkişafa, rifaha nail olunmasında, həmçinin digər cəmiyyətlərlə qarşılıqlı münasibətlər qurmasında əsas vasitə olduğunu bildirərək bu ali qanunvericilik aktının qəbulunu xalqımızın növbəti nailiyyətlərindən, tariximizin ən parlaq hadisələrindən biri kimi qiymətləndirmişdir, məhz bu səbəbdən 12 noyabr 1995-ci il xalqımızın tarixinə qızıl hərflərlə yazılmışdır və bu Konstitusiyasının qəbul olunması istiqamətində Ümummilli Lider Heydər Əliyevin apardığı uğurlu və əvəzolunmaz xidmətlərindən danışdı. Sonra məruzə ətrafında çıxışlar oldu.Tədbirdə rayon icra hakimiyyətinin nümayəndələri, hüquq-mühafizə orqanları, idarə, müəssisə və təşkilat rəhbərləri və içtimayətin nümayəndələri iştirak etdi.