Şriftin ölçüsü :

Saytın rəngi :

RİH-də vətəndaşların növbəti videoqəbulu keçirildi.

03 iyun 2020 | 16:00

   02 iyun 2020-ci il tarixdə Yardımlı Rayon İcra Hakimiyyəti başçısının  vətəndaşlarla növbəti videoqəbulu keçirildi.
   Videoqəbulda aidiyyatı idarə, müəssisə və təşkilatlarının rəhbərlərinin iştirak  ilə vətəndaşların  müraciətləri dinlənilib.
   Videoqəbul zamanı vətəndaşların bir sıra problemləri müzakirə olunaraq həll olunmuş, bəzi müraciətlərin araşdırılması üçün aidiyyatı idarə və təşkilatların, eləcə də RİHB-nın müvafiq şöbələrinin rəhbərlərinə tapşırıqlar verilib, səslənən müraciətlərin nəzarətə götürüldüyü diqqətə çatdırılıb.
   Qəbulda rayon sakinləri belə çətin vaxtda onların müraciətlərinin dinlənilməsinin yeni formatda təşkilinə görə ölkə Prezidentinə minnətdarlıqlarını bildirmişlər.

Keçidlər