Buraxılış imtahanlarının keçiriləcəyi məktəblərdə dezinfeksiya və təmizlik işləri aparılıb.
17 iyun 2020 | 16:00
Dövlət İmtahan Mərkəzi tərəfindən iyun ayının 19-da Yardımlı rayonunun ümumtəhsil məktəblərinin 11-ci sinif şagirdləri üçün yekun qiymətləndirmə imtahanı və Azərbaycan dili (dövlət dili kimi) fənnindən imtahan keçiriləcəkdir.
Buraxılış imtahanlarının keçiriləcəyi Yardımlı şəhər 1 saylı, Köryədi və Ərus kənd tam orta məktəblərində sanitar qovşaqlar təmir edilib, dezinfeksiya və təmizlik işləri aparılıb, şagirdlərin imtahana buraxılış zamanı toplaşacağı yerlərdə sosial izolyasiya qaydalarına əməl etməsi üçün iki metrlik ara məsafəsi nişanları çəkilib.
İmtahanlarda iştirak edəcək şagirdlərin tənəffüs yollarını qoruyan tibbi maskalardan istifadəsi və qaydalara riayət etməsi mütləqdir.