Şriftin ölçüsü :

Saytın rəngi :

Yardımlı rayonunda taxıl biçininə başlanılıb.

24 iyun 2020 | 16:00

Mühüm strateji məhsul olan taxıl istehsalı rayonumuzda ildən-ilə artırılır. Bu il keçən ildəkindən artıq sahəyə taxıl əkilib. Rayonda 3186 hektar sahədə payızlıq buğda, 135 hektarda payızlıq arpa, bu ilin yazında isə 89 hektarda yazlıq arpa əkilib. Beləliklə, 2020-ci ildə biçin aparılacaq taxıl zəmiləri 3410 hektara çatdırılıb. Bu isə cari ildə buğda və arpa istehsalının ötən ildəkindən daha çox olacağına zəmanət verir. Artıq taxıl biçininə başlanılıb. Əkinçilər yaxşı bilirlər ki, yığım kompaniyasının mütəşəkkil keçirilməsi məhsuldarlığın yüksəldilməsində mühüm əhəmiyyət kəsb edir. Ona görə də hələlik zəmilərə çıxarılan 6 kombayn və kifayət qədər taxıldaşıyan maşınların gücündən səmərəli istifadə olunur. İndiyədək 15 hektar sahənin taxılı biçilib. Hazırda rayonun Zevin , Astanlı, Yolocaq, Vərov vər Ərus kəndlərində biçin sürətlə aparılır. Qeyd edək ki, taxıl yığımının optimal müddətdə və itkisiz başa çatdırılması üçün rayonda əvvəlcədən bütün hazırlıq tədbirləri görülmüşdür. Bu da belə deməyə əsas verir ki, elin sərvəti sayılan taxılın tədarükü müətəşəkkilliklə başa çatdırılacaqdır.

Keçidlər