Şriftin ölçüsü :

Saytın rəngi :

Yardımlı rayonunun Urakəran kəndində yeni körpü istifadəyə verildi

30 noyabr 2012 | 16:00

29 noyabr 2012-ci il tarixdə rayonun Urakəran kəndində yeni körpü istifadəyə verilib. Tədbirdə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının məsul işçisi Vəfadar Bağırov, RİH-nin başçısı Sevindik Hətəmov və idarə, müəssisə və təşkilatların rəhbərləri, ictimaiyyətin nümayəndələri, kənd agsaqqalları iştirak etdi. Açılışda Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının məsul işçisi Vəfadar Bağırov və RİH-nin başçısı Sevindik Hətəmov çıxış edərək respublikamızda, eləcədə regionlarda gedən abadlıq-quruculuq işlərindən və sosial sahədə həyata keçirilən geniş həcimli tədbirlərdən söz açdılar. Qeyd olunub ki, yeni istifadəyə verilən körpüdən rayonun səkkiz yaşayış məntəqəsidə yaşayan 7600-dən yuxarı əhali istifadə edəcək. Yeni körpü Viləş çay üzərində tikilib, uzunluğu 10 metr, eni 3,5 metr, hündürlüyü isə 4 metrdir.

Keçidlər