Buraxılış imtahanlarının keçiriləcəyi məktəblərdə dezinfeksiya və təmizlik işləri aparılıb.
Dövlət İmtahan Mərkəzi tərəfindən iyul ayının 3-də Yardımlı rayonunun ümumtəhsil məktəblərinin 9-cu sinif şagirdləri üçün yekun qiymətləndirmə imtahanı və Azərbaycan dili (dövlət dili kimi) fənnindən imtahan keçiriləcəkdir.
Buraxılış imtahanlarının keçiriləcəyi Yardımlı şəhər 1 saylı, şəhər 2 saylı, Köryədi və Ərus kənd tam orta məktəblərində sanitar qovşaqlar təmir edilib, dezinfeksiya və təmizlik işləri aparılıb, şagirdlərin imtahana buraxılış zamanı toplaşacağı yerlərdə sosial izolyasiya qaydalarına əməl etməsi üçün iki metrlik ara məsafəsi nişanları çəkilib.
İmtahanlarda iştirak edəcək şagirdlərin tənəffüs yollarını qoruyan tibbi maskalardan istifadəsi və qaydalara riayət etməsi mütləqdir.