Şriftin ölçüsü :

Saytın rəngi :

Coronavirus (COVİD-19) pandemiyasına qarşı mübarizə tədbirlərinin gedişi ilə əlaqədar küçə və obyektərdə növbəti reyd keçirdi.

05 iyul 2020 | 16:00

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən Baş Nazir Əli Əsədovun sədrliyi ilə Operativ Qərargahın geniş tərkibli Respublika videomüşavirəsi keçirilmişdir. Müşavirədə sərtləşdirilmiş xüsusi karantin rejimi tətbiq edilməyən bölgələrdəki epidemioloji vəziyyət müzakirə olunmuş, ölkə üzrə bütün rayonlarda  karantin qaydalarının icra vəziyyəti qiymətləndirilmişdir.
     Bununla əlaqədar olaraq RİH başçısı və hüquq mühafizə orqanlarının rəhbərləri əhali tərəfindən sanitariya-epidemioloji qaydalara riayətin gücləndirilməsinə ehtiyac olduğu üçün küçələrdə, iaşə və ticarət obyektlərində növbəti dəfə reyd keçirmişdir. Vətəndaşlara Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarlarına tabeçilik, o cümlədən tibbi maskalardan istifadə və sosial məsafənin qorunması barədə tapşırıqlar verilmişdir.

Keçidlər