Şriftin ölçüsü :

Saytın rəngi :

Yardımlıda koronavirus (COVID-19) infeksiyasının geniş yayılmasının qarşısının alınması məqsədilə Operativ Qərargahın tələb və tövsiyələrinə uyğun olaraq qabaqlayıcı tədbirlər davam etdirilir.

06 iyul 2020 | 16:00

 Yardımlı Rayon İcra Hakimiyyətində yaradılan Koronavirusa Qarşı Mübarizə Qərargahının mobil qrupları rayonun müxtəlif ərazilərində maarifləndirmə işləri aparıblar. Tərkibində Yardımlı Rayon Polis İdarəsinin əməkdaşlarının da olduğu 33 mobil qrupun üzvləri əhalinin sıx toplaşdığı ərazilərdə fərdi qaydada izahetmə işləri həyata keçiriblər. Onlar mərkəzi park və xiyabanlarda, bank və ATM-lərin qarşısında əhalini karantin rejiminin tələblərinə əməl etməyi və ehtiyac olmadığı təqdirdə evdən çıxmamağı tövsiyə ediblər. Zərurət qarşısında qalaraq evdən çıxan sakinlərə isə ehtiyatlı davranmaq, tibbi maskadan istifadə etmək və sosial məsafə saxlamaq tövsiyə edilib.
 Bununla yanaşı, mobil qrupların üzvləri tərəfindən sakinlərə üzərində COVİD-19 infeksiyasından qorunma yollarının əks olunduğu bukletlər paylanılıb.

Keçidlər