Şriftin ölçüsü :

Saytın rəngi :

"Sahibkarlığın inkişafına dövlət dəstəyi" mövzusunda tədbir keçirildi.

01 dekabr 2012 | 16:00

Noyabrın 30-da rayonumuzda keçirilən sahibkarlığın inkişafına həsr olunmuş yığıncaqda rayonun sahibkarları, kənd təsərrüfatı məhsulları istehsalı ilə məşğul olan fermerlər və biznesmenləri iştirak edib. Tədbirdən öncə iştirakçılara ölkədə sahibkarlığın inkişafına həsr olunmuş sənədli film nümayiş etdirilib.
Tədbirdə çıxış edən rayon icra hakimiyyətinin başçısı Sevindik Hətəmov ölkə Prezidentinin sahibkarlığın inkişafına göstərdiyi diqqətdən, sahibkarlığın daha da inkişaf etdirilməsi məqsədi ilə kredit yarmarkasının təşkili və bundan yararlanmağın faydasından, istehsalın səmərəliliyinin artırılmasında ənənəvi sahələrlə yanaşı yeni resursların işə salınmasının vacibliyində danışdı.
Sonra iqtisadi inkişaf nazirliyinin nümayəndəsi sahibkarlığın inkişafına və əhalinin işgüzarlıq fəaliyyətinin artırılmasına, yeni iş yerlərinin açılmasına kömək göstərmək üçün maliyyə dəstəyinin verilməsindən, güzəştli kreditləri alınması, biznes planlarının hazırlanması və subsidiya sənədləşdirmələri qaydalarından danışdı.
Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığın İnkişafı Siyasəti şöbəsinin müdir müavini Elçin İbrahimov və Lənkəran regional bölməsinin müdiri Çingiz Məmmədovun maarifləndirici çıxışları dinlənildi.
Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev ölkədə sahibkarlığın inkişafı üçün yaradılmış münbit şəraitdən, sahibkarların öz iqtisadi qüdrətini möhkəmləndirmək məqsədi ilə sərfəli maliyyə mənbələrindən necə faydalanmaları yollarından danışdı və sahibkarların maarifləndirilməsinin zəruriliyinə diqqətə çatdırdı..
Sonda sahibkarların sualları cavablandırıldı və yarmarkada iştirak edən müvəkkil banklardan 12 Yardımlı sahibkarlarına kiçik həcmli kreditlər verilmişdir.
 

Keçidlər