Koronavirus (COVİD-19) pandemiyasına qarşı mübarizə tədbirlərinin gedişi ilə əlaqədar küçə və obyektərdə növbəti reyd keçirildi.
Yardımlı rayon İcra Hakimiyyətinin başçısı hüquq-mühafizə orqanlarının məsul əməkdaşları ilə birlikdə rayon ərazisində koronavirus (COVİD-19) pandemiyasına qarşı mübarizə tədbirlərinin gedişi ilə əlaqədar növbəti reyd keçirmişdir. Operativ Qərərgahın müəyyən etdiyi qaydalara uyğun olaraq RİH başçısı və hüquq mühafizə orqanlarının rəhbərləri qida məhsullarının ticarəti ilə məşğul olan müəssisələrdə, ictimai-iaşə obyektlərində, ticarət və xidmət sahələrində əhali ilə fərdi söhbətlər aparmışlar.
Reydlər zamanı vətəndaşlarla maarifləndirici söhbətlər aparılmış, onlara sanitar rejimin tələbləri izah edilmiş, sosial məsafənin qorunması və tibbi maskalardan istifadənin zəruri olduğu, evdən çıxarkən, qapalı məkanlarda, xüsusən iaşə müəssisələrində, ictimai nəqliyyatda nəfəs yollarını qoruyan tibbi maskadan mütləq qaydada istifadə etmələri, insanlarla təmas zamanı 2 metrlik ara məsafəsini saxlamaları, bütövlükdə karantin rejimi dövrü üçün müəyyən edilmiş qaydalara ciddi riayət etmələri tövsiyə olunmuşdur.