Yardımlı rayonunda koronavirus (COVİD-19) infeksiyası ilə mübarizədə əhali arasında maarifləndirmə tədbirləri davam etdirilir.
Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması və sosial təcridin gücləndirilməsi məqsədilə Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən tətbiq olunmuş xüsusi karantin rejiminin tələblərinə, habelə sanitar epidemioloji normalara əməl olunması üçün zəruri tədbirlər görülür.
Ölkə daxilində koronavirusa yoluxma hallarının minimuma endirilməsi istiqamətində həyata keçirilən işlərdən biri də əhali arasında aparılan maarifləndirmə tədbirləridir.
Respublikamızın hər yerində olduğu kimi, Yardımlı rayonunda da bu sahəyə xüsusi önəm verilir.
Koronavirus pandemiyası ilə mübarizədə əhalinin sağlamlığının qorunması, infeksiyanın yayılmasının və onun törədə biləcəyi fəsadların qarşısının alınması ilə bağlı maarifləndirmə və təbliğat işləri mütəmadi olaraq davam etdirilir.
Koronavirusla mübarizədə təbliğat işlərinin aparılması məqsədilə ərazidə lövhələrə stendlər yerləşdirilib.
Bütün sakinlərimizdən məsuliyyətli davranmaları, xüsusi zərurət olmadan digər şəxslərlə təmasda olmamaları və virusun yayılmasının qarşısının alınmasına dəstək olacaq hər cür qabaqlayıcı tədbirlər görməklə qaydalara riayət etmələrini xahiş edirik.