Yardımlı rayonu kənd təsərrüfatı rayonlarından biridir.
Rayon üzrə 66720 hektar torpaq sahəsi vardır. Bundan 36868 hektarı dövlət mülkiyyətində, 17271 hektarı bələdiyyə mülkiyyətində, 12581 hektarı isə xüsusi mülkiyyətdə olan torpaqlardır.
Rayon İcra Hakimiyyəti tərəfindən kənd təsərrüfatının inkişafı və bu sahədə olan problemlərin vaxtında aradan qaldırılması üçün bütün zəruri tədbirlər görülmüşdür.
2020-ci ilin məhsulu üçün 3447 hektar sahədə payızlıq və 1764,2 hektar sahədə yazlıq bitkilər, o cümlədən 3579,5 hektar sahədə taxıl əkilmişdir ki, bu da 2019-cu ilin eyni dövrü ilə müqayisədə 2,9 % çoxdur. Cari ildə taxıl biçini mövsümündə bu günədək 26-ya yaxın kombaynlar vasitəsilə 3165,7 hektar buğda sahəsi biçilərək hər hektardan orta məhsuldarlıq 22,5 sentner olmaqla 7110 ton, arpa isə 216,3 hektar biçilərək hər hektardan orta məhsuldarlıq 22,3 sentner olmaqla 482 ton məhsul əldə edilmişdir. Hazırda biçin işləri davam etdirilir.
Hesabat dövrü ərzində 891,9 hektar kartof, 187,8 hektar tərəvəz, bitkiləri əkilmişdir.
Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində (ETKİS) 3317 nəfər fermer qeydiyyatdan keçmişdir. Qeydiyyatdan keçən fermerlərdən 1858 nəfəri əkinləri haqqında məlumatı ETKİS-də bəyan etmişdir. Qeyd edilən dövrdə ümumi bəyan sayı 3108 ədəd olmuşdur.