Yardımlı rayonunda karantin rejimi tələblərinin yerində yoxlanılması məqsədi ilə mütamadi olaraq reydlər keçirilir.
Azərbaycan Respublikası Nazirlər Kabineti Yanında Operativ Qərargahın sərtləşdirilmiş karantin rejimi tətbiq edilməyən bölgələrdəki vəziyyətlə bağlı tapşırıqlarına müvafiq olaraq Yardımlı rayonunda aidiyyəti dövlət qurumlarının əməkdaşlarından ibarət yaradılmış 33 mobil qrup tərəfindən mütamadi olaraq monitorinqlər aparılır. Vətəndaşlara, ictimai iaşə obyektində çalışan şəxslərə xəstəliyin yayılmasının qarşısının alınması üçün tibbi maskalardan istifadə etmələri, sosial məsafənin qorunması və şəxsi gigiyena qaydalarına düzgün riayət etmələri tövsiyə olunur və karantin qaydalarına əməl etməyənlər barədə ciddi tədbirlər görüləcəyi nəzərə çatdırılır.
Yardımlı rayon İcra Hakimiyyətinin başçısı hüquq-mühafizə orqanlarının məsul əməkdaşları ilə birlikdə rayon ərazisində koronavirus (COVİD-19) pandemiyasına qarşı mübarizə tədbirlərinin gedişi ilə əlaqədar keçirilən növbəti reyd zamani bir neçə ictimai iaşə və ticarət obyektlərinin rehbərlərinə xəbərdarlıq edilmişdir.
Bundan əlavə Yardımlı rayonu ərazisində mütamadi olaraq müxtəlif xidmətlərlə bağlı vətəndaşların daha çox müraciət etdiyi dövlət orqanlarının inzibati binaları, “Azərpoçt” MMC-nin Yardımlı Rayon Şöbəsinin, Kapital bankın rayon filialının, bir sıra xidmət təşkilatlarının inzibati binaları, rayon ərazisində olan apteklər, marketlər, bərbərxanalar, gözəllik salonları, bankomatlar, ödəniş terminalları və rayonun bütün yaşayış məntəqələri mütəmadi olaraq dezinfeksiya olunur.
Koronavirusla mübarizənin səmərəliliyinin artırılması, sadə gigiyena qaydalarına riayət etməklə koronavirusdan qorunma yolları və doğru davranış qaydalarından bəhs edən məlumatlandırıcı təlimatları özündə əks etdirən posterlər əhalinin görə biləcəyi məkanlarda: yaşayış binalarının girişində, ticarət, ictimai-iaşə obyektlərinin giriş qapılarında, idarə müəssisə və təşkilatların dəhlizlərində və digər görünən yerlərdə yerləşdirilmişdir.
Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın müvafiq qərar və sərəncamlarına uyğun olaraq koronovirus pandemiyasına qarşı mübarizə tədbirlərinin tətbiq olunmasına nəzarəti gücləndirmək məqsədilə rayon ərazisində reydlər davam etdirilir.