Yardımlı rayon İcra Hakimiyyəti başçısının vətəndaşlarla növbəti videoqəbulu keçirildi.
01 sentyabr 2020 | 16:00
01 sentyabr 2020-ci il tarixdə RİH başçısının növbəti videoqəbulu keçirildi. Qəbulda hər bir vətəndaşın müraciəti ayrı-ayrılıqda diqqətlə dinlənilib. Bütün müraciətlər qanunamüvafiq qaydada həll olunması məqsədilə qeydiyyata alınaraq nəzarətə götürülüb. Həlli vacib və mümkün olan problemlərin dərhal, digərlərinin qanunauyğun formada araşdırılaraq qısa zamanda nəticəsi barədə vətəndaşlara məlumat veriləcəyi bildirilib. Müraciətlər əsasən işlə təmin olunma, maddi yardım göstərilməsi ilə bağlı olmuşdur.
Həmçinin qəbul zamanı pandemiya vəziyyəti ilə bağlı mövcud məsələlər müzakirə edilib və vətəndaşlara karantin rejiminin şərtlərinə əməl etmələri tövsiyə olunub.