Rayonun Çanaxbulaq kəndində yeni inşa olunmuş 56 şagird yerlik modul tipli tam orta məktəb yeni tədris ili üçün tam hazırdır.
Son illərdə ölkədə təhsilin inkişafı sahəsində mühüm addımlar atılmışdır. Təhsilin normativ hüquqi bazası təkmilləşdirilmiş, maddi-texniki təminatı istiqamətində Azərbaycan Respublikası Prezidentinin sərəncamları əsasında geniş tədbirlər həyata keçirilmişdir. Təhsil müəssisələrində informasiya-kommunikasiya texnologiyalarının tətbiqi xeyli dərəcədə genişlənmişdir. Azərbaycan Respublikası Prezidenti Yardımlı rayonunun Çanaxbulaq kəndində 56 şagird yerlik, Peştəsər kəndində isə 80 şagird yerlik modul tipli tam orta məktəbin quraşdırılması barədə 10 iyun 2019-cu il tarixli, 1227 saylı sərəncam imzalamışdır. Rayon İcra Hakimiyyətinin başçısı Ayaz Əsgərov yeni inşa olunmuş 56 şagird yerlik modul tipli məktəbdə yeni tədris ilinə hazırlığın vəziyyəti ilə tanış olmuşdur. Məktəb binası bütün lazımi ləvazimatlarla təmin olunmuş istifadə üçün tam hazır vəziyyətdədir. RİH başçısı, məktəbdə sanitar-epidemioloji vəziyyət və dezinfeksiya işlərinin lazımı səviyyədə həyata keçirilməsinə dair tapşırıq və tövsiyələrini vermişdir.