Şriftin ölçüsü :

Saytın rəngi :

Yardımlı rayonunda məktəblərin və uşaq bağçalarının açılması ilə əlaqədar dezinfeksiya işləri aparılır.

11 sentyabr 2020 | 16:00

Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkili barədə” 2020-ci il 29 avqust tarixli Qərarına əsasən 2020-ci il sentyabrın 15-dən respublika üzrə fəaliyyət göstərən məktəbəqədər təhsil müəssisələrinin - dövlət və özəl uşaq bağçalarının fəaliyyətinə icazə verilib. Uşaq bağçalarının fəaliyyəti ancaq mövcud vəziyyət nəzərə alınmaqla, müvafiq sanitar-gigiyenik normalara əməl edilməklə mümkündür. Bununla əlaqədar Yardımlı Rayon İcra Hakimiyyəti tərəfindən müvafiq hazırlıq tədbirləri həyata keçirilir.Bağçalarla yanaşı məktəblərdə də tədris prosesinə hazırlıq işləri sürətlə davam etdirilir.
İcra hakimiyyətinin tabeçiliyində olan şəhər və kəndlər üzrə fəaliyyət göstərən körpələr evi-uşaq bağçalarında Gigiyena və Epidemiologiya Mərkəzinin əməkdaşları tərəfindən koronavirus infeksiyasına qarşı dezinfeksiya işləri aparılıb.
Bağçaların əməkdaşları hazırkı şəraitdə işləmək qaydaları ilə bağlı təlimatlandırılıb. Otaqların havalandırılmasına, mətbəx və sanitar qovşaqlara diqqət artırılıb və  mütəmadi dezinfeksiya işləri aparılacaq. Bağçalar fəaliyyətə başladıqdan sonra xüsusi karantin rejiminin tələblərinə uyğun işləyəcək, sanitar-gigiyena və karantin qaydalarının tələblərinə ciddi əməl olunması Rayon İcra Hakimiyyəti tərəfindən nəzarətdə saxlanılacaqdır

Keçidlər