Şriftin ölçüsü :

Saytın rəngi :

Yardımlı rayonunda karantin rejimi ilə əlaqədar mütəmadi reydlər davam edir.

28 sentyabr 2020 | 16:00

Yardımlı rayon İcra Hakimiyyəti başçısının müavinləri,  hüquq-mühafizə orqanlarının məsul əməkdaşları ilə birlikdə  rayon ərazisində koronavirus (COVİD-19) pandemiyasına qarşı mübarizə tədbirlərinin gedişi ilə əlaqədar 28 sentyabr 2020-ci il tarixdə növbəti  dəfə reyd keçirmişdir. Operativ Qərargahın müəyyən etdiyi qaydalara uyğun olaraq RİH başçısının müavinləri və hüquq mühafizə orqanlarının əməkdaşları qida məhsullarının ticarəti ilə məşğul olan müəssisələrdə, ictimai-iaşə obyektlərində, ticarət və xidmət sahələrində əhali ilə fərdi söhbətlər aparmışlar.

     Reydlər zamanı vətəndaşlarla maarifləndirici söhbətlər aparılmış, onlara sanitar rejimin tələbləri izah edilmiş, sosial məsafənin qorunması və tibbi maskalardan istifadənin zəruri olduğu, evdən çıxarkən, qapalı məkanlarda, xüsusən iaşə müəssisələrində, ictimai nəqliyyatda nəfəs yollarını qoruyan tibbi maskadan mütləq qaydada istifadə etmələri, insanlarla təmas zamanı 2 metrlik ara məsafəsini saxlamaları, bütövlükdə karantin rejimi dövrü üçün müəyyən edilmiş qaydalara ciddi riayət etmələri tövsiyə olunmuşdur.

Keçidlər