Şriftin ölçüsü :

Saytın rəngi :

Yardımlıda Yeni Azərbaycan Partiyasının Yardımlı rayon Gənclər Birliyi ilə görüş keçirilmişdir

20 fevral 2013 | 16:00

Yardımlı Rayon İcra Hakimiyyətində YAP Yardımlı rayon Gənclər Birliyinin üzvlərinin iştirakı ilə “dəyirmi masa” keçirilmişdir.
Gənclər Birliyinin sədri Anar Alışov təşkilatın strukturu barədə məlumat verdi. O bildirdi  ki, rayon əhalisinin 31 min nəfərini gənclər təşkil edir. Rayonda gənclərin məşğulluğunun, asudə vaxtlarının səmərəli təşkili sahəsində ardıcıl tədbirlər görülür.
“Dəyirmi masa”da çıxış edən Əli Əhmədov bildirmişdir ki, Azərbaycanın gələcəyi gənclərin fəaliyyətindən çox asılıdır. Azərbaycan Prezidenti gənclərə böyük diqqət və qayğı ilə yanaşır.
Sonra ölkəmizdə həyata keçirilən gənclər siyasəti, bölgələrdə mövcud olan problemlər, xüsusən də gənc qızların erkən ailə qurmasının yaratdığı narahatlıqlar barədə fikir mübadiləsi aparıldı.
Gənclərin maarifləndirilməsi ilə bağlı təbliğat işlərinin aparılmasının vacibliyi vurğulanmışdır. Bildirilmişdir ki, gənclərin arzu və təklifləri öyrənilməli, problemlərinin həlli yolları araşdırılmalı, onların ictimai-siyasi həyatdakı fəallığı təmin olunmalıdır. Sosial şəbəkələrdə gənclərimiz xüsusi fəallıq nümayiş etdirməli, Azərbaycan reallıqlarını, həqiqətlərini təhrif edənlərə qarşı ciddi mübarizə aparmalıdırlar.

Keçidlər