Şriftin ölçüsü :

Saytın rəngi :

Fevralın 21-də Yardımlı Rayon İcra Hakimiyyətində 2012-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirilmişdir.

01 mart 2013 | 16:00

Tədbir iştirakçıları əvvəlcə ümumilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad etmiş, 2012-ci ildə rayonun sosial-iqtisadi inkişafına həsr olunmuş sənədli filmə tamaşa etmişlər.
Toplantıda qeyd olunmuşdur ki,  Respublikamızın hər yerində olduğu kimi, Yardımlı  rayonunda da ötən il il yeni iş yerlərinin yaradılması, tikinti-quruculuq və abadlıq işlərinin sürətlə davam etdirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilmişdir.
      2012-ci ildə rayon üzrə 77,6 milyon manatlıq  ümumi məhsul istehsal olunmuşdur ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 19 % çoxdur.  Adambaşına düşən məhsul istehsalı  2003-cü illə müqayisədə  3,4 dəfə artaraq 1262 manat olmuşdur.  Bu müddətdə  581 min manatlıq sənaye,  24 milyon 513 min  manatlıq kənd təsərrüfatı məhsulları istehsal olunmuş, əhaliyə  43 milyon 14 min  manatlıq ticarət, 1 milyon 135  min  manatlıq nəqliyyat, 241 min 300 manatlıq rabitə xidməti göstərilmişdir. Rayonun büdcəsi hesabına 7 milyon 58 min manatlıq tikinti işləri  həyata keçirilmişdir.   Rayonun 2012-ci ildə büdcəsi 11 milyon 731 min 253 manat müəyyən edilmişdir ki, bu da 2003-cü illə müqayisədə  4,5  dəfə artıqdır. Büdcəsinin   xərcləri 11 milyon 731 min manata qarşı, 11 milyon 191 min manat icra olunmuşdur ki, bu da proqnozun 95,4% yerinə yetirilməsi deməkdir. Bu müddət ərzində rayon üzrə orta aylıq əmək haqqı 242,4 manat olmuşdur.
Rayon üzrə 2012-ci ildə əsas kapitala yönəldilən investisiyaların  həcmi  10 milyon 740 min  manat təşkil etmişdir. 

Bidiyimiz kimi Yardımlı rayonunda iqtisadiyyatın əsasını kənd təsərrüfatı təşkil edir. Elə buna görə də heyvandarlıq və əkinçilik rayon əhalisinin gəlir mənbəyi hesab olunur.  Bu müddətdə rayonda mal-qaranın sayı  27 min 833 baş və davarların sayı isə 79 min 958 baş olmuşdur. Məhz bunun nəticəsidə  28 min 802  sentner ət və 144 min 146 sentner süd istehsal olunmuşdur.
         2013-cü ilin məhsulu üçün 2012-ci ilin payız mövsümündə  3 min 240 hektar sahədə payızlıq taxıl bitkiləri əkilmişdir. Bunun da 3 min 208 hektarı payızlıq buğda,     32 hektarı payızlıq  arpadır. 2012-ci ilin yazında 1783 hektar sahədə yazlıq bitkiləri əkilmiş ki, bunun 795 hektarı dənli və dənli-paxlalılar, 842 hektarı kartof, 146 hektarı isə tərəvəz bitkiləridir.
Rayonda, taxıl istehsalına dair tədbirlər də ardıcil olaraq həyata keçrilməsi nəticəsində  3 min 667 hektar  sahədən 66 min 477 sentner taxıl istehsal edilmişdir. Bundan başqa 842 hektar sahədən 76 min 380 sentner kartof, 146 hektar sahədən      20 min 941 sentner tərəvəz və 264 hektar sahədən 5 min 150 sentner meyvə məhsulu toplanmışdır. Ötən ilin eyni dövrü ilə müqaisədə taxıl istehsalı  2 min 687 sentner, kartof istehsalı 2 min 646  sentner, meyvə istehsalı 1357 sentner artmışdır.
        Əkinlə əlaqədar 1568 nəfər məhsul istehsalçısına  3 min 418 hektara görə 136 min 730 manat yardım hesablanmış və ödənilmişdir.
    Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyev  2013-cü ilin sonuna qədər respublikada qazlaşmanın səviyyəsinin  95 faizə çatdırılmasını xüsusi tələb kimi qarşıya qoymuşdur. Qeyd edim ki, 10 may 2012-ci il tarixdə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 89-cu il dönümü münasibətilə Əngüvül kəndində  42 abonentə təbii qaz verilişi həyata keçirildi və bununla da  əhali sektoru üzrə abonentlərin sayı 1225 -ə çatdırıldı. Bozayran, Bilnə kəndlərinə və rayonun Ünəç küçəsinə qaz xətlərinin çəkilişinə başlanılmış və abonentlərinin sayı 440 olan bu 3 yaşayış məntqəsinin qazlaşması 2013-cü ilin mart ayında başa çatdırılması nəzərdə tutulmuşdur.
Məlumat üçün bildirim ki, rayonda bütün sahələrlə yanaşı yolların təmiri istiqamətində də bir sıra uğurlar əldə olunmuşdur. Rayon 44 saylı Yol istismar idarəsinin işçi qüvvəsindən və texnikalarından da istifadə etməklə ümumilkdə, 41 km-ə yaxın yol çınqıl örtüklə təmir olunmuş, 19 km yol isə eni 6 metr olmaqla genişləndirilmişdir. Uzunluğu 3 km olan Yardımlı-Ostayir kənd yolunun yenidən təmiri işlərinə başlanılmışdır. Rayon icra hakimiyyəti və Urakəran bələdiyyəsinin birgə köməkliyi ilə əhalisinin sayı  6000  nəfər olan və 7 yaşayış məntəqəsini birləşdirən Urakəran kəndində Viləş çayı üzərində eni 6 metr,  uzunluğu 12 metr olan körpü tikilərək istifadəyə verilmişdir. Kəndin digər körpüsü təmir olunmuşdur. Bundan əlavə olaraq Teşkan kəndində yük həcmi kiçik olan avtomobillər üçün körpü istifadəyə verilmişdir. Horavar və Sırıq kəndləri arasında, Viləş çayı üzərində yeni avtomobil körpüsünün tikintisinə yaxın vaxtlarda başlanılacaqdır.
        Yardımlı şəhərinin içməli suya olan tələbatının ödənilməsi üçün şəhərə su və kanalizasiya xətlərinin çəkilməsi işlərinə başlanılmış və işlər davam etdirilir. Su çəkilişi başa çatdırıldıqdan sonra  əhalisinin sayı 7050 nəfər olan Yardımlı şəhər sakinləri        24 saat işməli su verilişi ilə təmin olunacaqdır. Kəndlərdə əhalinin içməli suya olan tələbatının ödənilməsi məqsədilə Rayon icra hakimiyyəti və “Azərsu” ASC-nin təşəbbüsü ilə rayonun Odrağaran və Alçabulaq  kəndlərində artezyan quyuları qazılmışdır. Əhalisinin sayı 12 min nəfər olan 18 kəndin içməli su tələbatının  təmini məqsədilə Viləş çayının Qaraqaya qolundan həmin kəndlərə işməli su çəkilişi üçün layihə hazırlanmış və bu istiqamətdə “Azərsu” ASC ilə danışıqlar aparılmışdır.  Rayon İcra Hakimiyyəti, inzibati ərazi dairələr üzrə nümayəndəliklər və bələdiyyələrin birgə köməkliyi ilə rayonun Gərsava, Vərgədüz, Bilnə, Bərcan, Ərus, Anzov, Şıxhüseyinli, Peştəsər, Yolocaq, Şəfəqli, Cerinbel kəndlərində bulaqlar tikilmiş və təmir edilmişdir. İçməli sudan əziyyət çəkən Bilnə kəndinə yeni su xətti çəkilmiş və kənd əhalisinin içməli suya olan tələbatı həll olmuşdur.

Keçidlər