Yığıncağın sonunda yığıncaq iştirakçıları adından Prezident İlham Əliyevə müraciət qəbul edilmişdir.
25 fevral 2013-cü il tarixdə saat 1100 -da RİH-nin Akt zalında Xocalı faciəsinin 21-ci ildönümünə həsr olunmuş yığıncaq keçirildi. Yığıncaqdan öncə Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov başda olmaqla rayon ictimaiyyəti Şəhidlər Xiyabanı abidə kompleksini ziyarət edərək, Qarabağ savaşında həlak olanların xatirəsini bir daha yad edərəkı, abidə kompleksi önünə gül dəstələri qoyuldu.
Yığıncaqda Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov çıxış edərək ermənilərin Azərbaycan xalqına qarşı etdiyi vəhşiliklərdən, Azərbaycan xalqına etdiyi zülmlərdən və bunlardan ən dəhşətlisi olan Xocalı soyqırımından söhbət açaraq neçə-neçə körpə, qoca, cavan soydaşlarımızın bədnam düşmənlərimiz tərəfindən zülmlərə, iztirablara məruz qaldığından danışmışdır. Sonra natiq möhtərəm prezidentimiz cənab İlham Əliyevin apardığı daxili və xarici siyasət nəticəsində şəhidlərimizin qanı ilə yuyulmuş düşmən tapdağı altında olan öz ana torpaqlarımızı azad edəcəyimizi tədbir iştirakçılarının nəzərinə çatdırmişdir. Çıxışının sonunda isə Xocalı faciəsinin heç zaman yaddaşlardan silinməyəcəyni, bu faciənin Azərbaycan xalqının qan yaddaşı olduğunu və gələcək nəsillərədə ötürülməsini vacib olduğunu vurğulamışdır.