5 mart Bədən tərbiyəsi və idman günü
06 mart 2013 | 16:00
05 mart 2013-cü il tarixdə saat 11:00-da Rayon Mərkəzi kitabxanasında “5 mart Bədən tərbiyəsi və idman günü” münasibətilə tədbir keçirildi.Tədbirdə Rayonun ictimaiyyəti və gənc idmançılar iştirak etdi.Tədbirin sonunda rayonun fəal idmançıları diplom və hədiyələrlə təltif olundu. Tədbirdə Rayon İcra Hakimiyyəti Başçısının I müavini Azər Xamiyev çıxış edərək birinci növbədə Rayon İcra hakimiyyətinin başçısı adından rayon idmançılarını salamlayaraq onları təbrik etdi və bilidirdi ki, Azərbaycan Respublikasında idman sahəsində aparılan dövlət siyasəti Yardımlı rayonunda da müvəffəqiyyətlə həyata keçirilir.