Təbii qazın verilməsi ilə bağlı açılış tədbiri keçirildi
Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının uğurla icra edilməsi nəticəsində ölkəmizin bütün bölgələrində olduğu kimi Yardımlı rayonunda da geniş abadlıq və quruculuq işləri o cümlədən əhalinin sosial problemlərin həlli istiqamətində işlər görülür.
Belə ki, 07 mart 2013-cü il tarixdə saat 11:00-da 48 abonentden ibarət olan rayonun Bilnə kəndinə təbii qazın verilməsi ilə bağlı açılış tədbiri keçirildi. Tədbirdə rayonun İcra Hakimiyyətinin nümayəndələri, Azərqaz İB-nin məsul işçisi Araz Ağayev, inzibati orqanların, idarə, müəssisə və təşkilat rəhbərləri, rayon qaz idarəsinin işçiləri, ictimaiyyətin nümayəndələri iştirak etdi. Tədbirdə çıxış edən Rayon İcra hakimiyyətinin başçısı Sevindik Hətəmov Bilnə kəndinə təbii qaz verilməsinə həsr olunmuş tədbirlərdə çıxış edərək yerli sakinləri əlamətdar hadisə-təbii qaz verilməsi münasibətilə səmimi qəlbdən təbrik etmiş, onlara ən xoş arzularını çatdırmışdır. Çıxışda qeyd olunmuşdur ki, ölkəmizdə Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı uğurla icra olunur, ayrı-ayrı yaşayış məntəqələrində təkcə qaz xətti deyil, içməli su və digər sosial problemlər həll edilir, yollar çəkilir, təhsil müəssisələri istifadəyə verilir.
Sonda rayon İcra hakimiyyətinin başçısı Sevindik Hətəmov təbii qaz verilməsini nümayiş edən mavi alovu alişdırmışdır.