Şriftin ölçüsü :

Saytın rəngi :

Yardımlı rayonunda koronavirus infeksiyasına qarşı maarifləndirici tədbirlər davam etdirilir.

16 fevral 2021 | 16:00

Yoluxmanın ilk günlərindən etibarən əməl olunması vacib olan 3 sadə qaydaya əməl etməklə bağlı maarifləndirmə işləri aparırıq və bu tədbirləri davam etdiririk. Hər birimizin böyük fədakarlıq nümayiş etdirdiyimiz bu günlərdə sağlamlığımızı təhlükədən qorumaq və əvvəlki sosial həyatımızı bərpa etmək üçün məsuliyyətimizi ikiqat artırmalıyıq. Çünki koronavirus görəcəyimiz önləyici tədbirlərdən daha güclü deyil və bu tədbirlərdə birlikdə olmalıyıq.

Yardımlı Rayon İcra Hakimiyyətinin bu məqsədlə təşkil olunmuş mobil qrupları və rayon Gənclər və İdman idarəsinin əməkdaşları sözgedən birliyi və məsuliyyəti vətəndaşlarla birgə təmin etmək üçün maarifləndirici-izahedici tədbirləri davam etdirir. Mobil qruplar əhalinin sıx olduğu yerlərdə, obyektlərdə həm obyekt sahibləri, həm də vətəndaşlar ilə maarifləndirici söhbətlər aparıblar. Vətəndaşlara şəxsi iradəmizlə 3 sadə qaydaya; maska taxmaq, sosial məsafə saxlamaq və gigiyena qaydalarına əməl etməklə həyatımızı əvvəlki qaydaya salmaqla yanaşı sağlığımızın və sağlamlığımızın qorunması üçün vacibliyi izah olunur. Maarifləndirmə tədbirləri zamanı vətəndaşlara xidmət götərən obyektlərdə Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş koronavirusun (COVID-19) profilaktikasına dair metodiki göstərişlərin tələblərinə hansı səviyyədə əməl olunduğuna da diqqət yetirilib.

Keçidlər