Yardımlı rayonunda Xocalı soyqırımına həsr olunmuş ağacəkmə aksiyası keçirilib.
23 fevral 2021 | 16:00
Xocalı soyqırımının 29-cu ildönümü ilə əlaqədar fevralın 23-də Yardımlı rayonunda Heydər Əliyev Fondunun dəstəyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı ilə ağacəkmə aksiyası təşkil olunub. Aksiya zamanı Xocalı soyqırımı qurbanlarının xatirəsini əbədiləşdirmək məqsədilə rayonun müxtəlif küçə və prospektlərində 613 ədəd şam, göyrüş, sərv və akasiya ağacları əkilib.