Şriftin ölçüsü :

Saytın rəngi :

Yardımlı rayonunda koronavirus (COVID-19) infeksiyasına qarşı mübarizə tədbirləri gücləndirilib.

30 mart 2021 | 16:00

Son günlər respublikamızın digər bölgələrində olduğu kimi Yardımlı rayonunda da koronavirus “COVID-19” infeksiyasına yoluxanların sayında artım müşahidə olunur.
Əhali arasında yoluxma hallarının qarşısının alınması və əhalinin maarifləndirilməsi məqsədilə  Yardımlı Rayon İcra Hakimiyyətinin və rayon Polis şöbəsinin əməkdaşları yaradılmış mobil qrupların üzvləri ilə birlikdə əhalinin sıx toplaşdığı yerlərdə, market və mağazalarda, ictimai-iaşə obyektlərində, otel və istirahət mərkəzlərində reydlər keçirir, sakinlərdən və obyekt sahiblərindən qaydalara riayət etmələri tələb olunur, pozuntular aşkar olunduqda cərimələr tətbiq olunur.
Reydlər zamanı vətəndaşlara gigiyena qaydalarına riayət edilməsinin, sosial məsafənin saxlanılmasının vacibliyi, ictimai yerlərdə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə edilməsinin məcburiliyi izah olunur.

Keçidlər