13 mart 2013-cü il tarixdə saat 10:00-da 280 abonenti olan rayonun Bozayran kəndinə təbii qazın verilməsi ilə bağlı açılış tədbiri keçirildi
Tədbirdə rayonun İcra Hakimiyyətinin nümayəndələri, Azərqaz İB-nin məsul işçisi Araz Ağayev, inzibati orqanların, idarə, müəssisə və təşkilat rəhbərləri, rayon Qaz İstismar idarəsinin işçiləri, ictimaiyyətin nümayəndələri iştirak etdi. Tədbirdə çıxış edən Rayon İcra hakimiyyətinin başçısı Sevindik Hətəmov Bozayran kəndinə təbii qaz verilməsinə həsr olunmuş tədbirdə çıxış edərək yerli sakinləri əlamətdar hadisə-təbii qazın verilməsi münasibətilə səmimi qəlbdən təbrik etmiş, onlara ən xoş arzularını çatdırmışdır. Tədbirdə kənd ağsaqqalları çıxış edərək möhtərəm prezident cənab İlham Əliyevə göstərdiyi diqqət və qayğıya görə öz minnətdarlıqlarını bildirdilər.
Sonda rayon İcra hakimiyyətinin başçısı Sevindik Hətəmov təbii qaz verilməsini nümayiş edən mavi alovu alişdırmışdır.